
Qızıl Aypara Cəmiyyəti, Bella və Güvən Dayə Xidməti Qaradağ rayonu Buta qəsəbəsində yerləşən 184 saylı məktəbdə qızların şəxsi gigiyenası və xüsusi günlərdə qayğı mövzusunda seminar təşkil etdi.
Seminarın əsas məqsədi yeniyetmə qızların bu mövzuda doğru və elmi biliklər əldə etməsinə, sağlamlıqlarına daha yaxşı qayğı göstərmələrinə dəstək olmaq idi. Tədbirdə şəxsi gigiyena qaydaları, xüsusi günlərdə sağlamlıq və psixoloji rahatlıq mövzularında ətraflı məlumat verildi. Mütəxəssislər iştirakçılarla interaktiv söhbətlər apararaq onların suallarını cavablandırdılar.
Bu cür maarifləndirici tədbirlər qızların özlərinə güvənini artırır, sağlam və bilikli gələcəyin formalaşmasına töhfə verir. Qızıl Aypara Cəmiyyəti, Bella və Güvən Dayə Xidməti olaraq biz bu sahədə dəstəyimizi davam etdirməyə hazırıq.
Sağlam və güvənli gələcək üçün birlikdə çalışırıq!