Körpənin Yuxu Problemləri və Xəstəlik Əlamətləri: Nə Vaxt Narahat Olmaq Lazımdır?

Körpənin Yuxu Problemləri və Xəstəlik Əlamətləri: Nə Vaxt Narahat Olmaq Lazımdır?

Körpələr üçün yuxu təkcə istirahət deyil, həm də inkişafın ən vacib mərhələsidir. Bu səbəbdən valideynlər tez-tez “Niyə yatmır?”, “Niyə gecə-tez oyanır?” kimi suallarla üzləşirlər. Bəzən səbəb sadəcə aclıq, rahat pozisiya tapmamaq və ya gündüz çox yorulmaq olur. Lakin yuxusuzluğun arxasında bəzi hallarda xəstəlik də gizlənə bilər.

1. Burun tutulması və soyuqdəymə

Körpələr nəfəs almaqda çətinlik çəkdikdə gecə yuxuları pozula bilər. Xüsusilə burun tutulması, qrip və ya yüngül infeksiyalar onların yuxusunu tez-tez bölür. Bu vəziyyət uzun müddət davam edərsə, səbəbin araşdırılması vacibdir.

2. Qaz sancıları və həzm problemləri

Yeni doğulmuş körpələrdə geniş yayılmış yuxu problemlərindən biri qaz sancılarıdır. Qarın nahiyəsində narahatlıq və sancılar uşaqı gecə-tez-tez oyandıra bilər. Əlamətlər davam edərsə, həkim müayinəsi faydalı olar.

3. Qulaq iltihabı

Yuxusuzluğun gizli, lakin ciddi səbəblərindən biri otit — qulaq iltihabıdır. Xüsusilə yatarkən artan ağrı uşaqda narahatlıq yaradır və yuxuya mane olur.

4. Diş çıxarma dövrü

Diş çıxarma prosesi körpələr üçün ağrılı və narahat ola bilər. Bu dövrdə yuxusuzluq və gecə ağlamaları daha çox müşahidə olunur. Ağrı şiddətli və uzun sürərsə, əlavə tibbi məsləhət almaq önəmlidir.

5. Allergiya və dəri problemləri

Atopik dermatit, allergik reaksiyalar və ya dəri qaşıntıları körpənin gecə rahat yatmasına mane ola bilər. Uşaq davamlı qaşınır və narahatdırsa, allergiya ehtimalı nəzərdən keçirilməlidir.

6. Reflüks

Mədədəki turşunun yemək borusuna geri qayıtması — yəni reflüks — körpənin yuxu keyfiyyətini pisləşdirir. Yatarkən mədə yanması hissi uşaqda tez-tez oyanmalara səbəb ola bilər.


Valideyn nə zaman həkimə müraciət etməlidir?

Əgər körpənin yuxusuzluğu:

  • 7–10 gündən çox davam edirsə,

  • Hər gecə güclü ağlama ilə müşayiət olunursa,

  • Uşaqda temperatur, iştahasızlıq, səpkilər və ya nəfəs almaqda çətinlik kimi əlavə əlamətlər varsa,

mütləq həkimə müraciət edilməlidir.

Fikir Bildir

yenilə, əgər kod görünmürsə