Güvən Dayə Xidməti LIBRAFF-da: Uşaq Hüquqlarına Dair Maarifləndirici Görüş

Güvən Dayə Xidməti LIBRAFF-da: Uşaq Hüquqlarına Dair Maarifləndirici Görüş

Uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, onların hüquqlarının qorunması və valideynlərin bu mövzuda maarifləndirilməsi hər zaman bizim üçün ön plandadır. Bu məqsədlə Güvən Dayə Xidməti olaraq LIBRAFF tərəfindən təşkil edilən “Uşaq hüquqlarının qorunması: məsuliyyət və vəzifələrimiz” mövzusundakı maarifləndirici seminarda iştirak etdik.
Tədbirdə müxtəlif sahələri təmsil edən tanınmış mütəxəssislər pediatriya, psixologiya, təhsil və uşaq ədəbiyyatı istiqamətləri üzrə çıxışlar edərək öz bilik və təcrübələrini paylaşdılar. Müzakirələr zamanı həm valideynlər, həm də uşaqla çalışan mütəxəssislər üçün çox vacib olan aktual mövzulara aydınlıq gətirildi.
Seminarda Güvən Dayə Xidmətinin təsisçisi Sara Şavaqatova xanım da iştirak edərək uşaq hüquqlarının qorunmasının dayə xidmətlərində nə qədər böyük əhəmiyyət daşıdığını vurğuladı. Sara xanımın qeyd etdiyi kimi, uşaqlarla çalışan hər bir mütəxəssis bu sahədə maarifli olmalı, həm hüquqi, həm də etik məsuliyyətləri dərindən bilməlidir.
Bu görüş bizə bir daha göstərdi ki, uşaqların təhlükəsizliyi və rifahı üçün maarifləndirmə işləri davamlı və peşəkar yanaşma tələb edir. Güvən Dayə Xidməti olaraq valideyn və mütəxəssislərlə birlikdə bu istiqamətdə çalışmaqdan qürur duyuruq.



Fikir Bildir

yenilə, əgər kod görünmürsə