
Quliyeva Suğra pedaqoq, təlimçi
Dayə — valideynlərin güvənə biləcəyi, övladlarını rahatlıqla əmanət edəcəyi şəxsdir.
Peşəkar dayə öz vəzifəsini bilməli, uşaq psixologiyasına bələd olmalı və empatiya qabiliyyətinə malik olmalıdır.
Əgər valideynlər uzun iş rejimində çalışırlarsa, bu zaman dayə xidmətindən istifadə zərurətə çevrilir. Dayə seçimi isə çox diqqətlə edilməlidir.
Yaxşı dayə — mehriban, gülərüz, səmimi və səbrli biri olmalıdır. Düzgün seçilmiş dayə valideynin iş həyatında rahatlıq yaradır, çünki övladı etibar etdiyi, güvəndiyi birinin nəzarətində olur.
Beləliklə, dayə seçimini düzgün edən ailə həm öz karyerasını uğurla qura, həm də övladına keyfiyyətli zaman ayıra bilir. Bu, ailənin həyat keyfiyyətini artıran mühüm faktordur.