
Uşaqların davranışlarını başa düşmək bəzən valideynlər üçün çətin ola bilər. Çünki hər uşaq fərqli təbiətə, xarakterə və hisslərə sahibdir. Onların dünyasını anlamaq üçün valideynlərin uşaq psixologiyası haqqında sadə, amma vacib qaydalara diqqət etməsi çox önəmlidir.
1. Dinləyin və müşahidə edin
Uşaqların dedikləri sözlərdən çox, davranışları onların daxili dünyası haqqında ipucları verir. Uşağı diqqətlə dinləmək və müşahidə etmək, onu daha yaxşı tanımağın ilk addımıdır.
2. Hissləri qəbul edin
Uşaqlar da böyüklər kimi qəzəblənə, inciyə və ya qorxa bilərlər. Onların hisslərini kiçiltmək əvəzinə qəbul etmək, uşağın emosional sağlamlığına güclü dəstəkdir.
3. Müsbət yanaşın
Uşağın səhvlərinə sərt reaksiya vermək əvəzinə, izah edərək düzgün yolu göstərmək daha faydalıdır. Müsbət yanaşma, uşağın özünə inamını artırır.
4. Müqayisə etməyin
“Qonşunun uşağı belədir” demək, uşağın psixologiyasında özgüvən çatışmazlığı yarada bilər. Hər uşaq öz tempində böyüyür və inkişaf edir.
5. Güvənli mühit yaradın
Uşaq üçün ən böyük ehtiyaclardan biri sevgiyə və güvənə əsaslanan ailə mühitidir. Ana-atanın dəstəyi uşağa daxili sabitlik qazandırır.
6. Kiçik uğurları qiymətləndirin
Uşağın kiçik nailiyyətlərini görmək və təşviq etmək, onun motivasiyasını və özünə inamını gücləndirir.