
Bu gün Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Ölkəmizdə sosial rifahın, təhsilin və səhiyyənin inkişafı üçün göstərdiyi böyük xidmətlər, həyata keçirdiyi humanitar layihələr minlərlə ailənin, xüsusilə də uşaqların həyatına sevinc və ümid bəxş edib.
Mehriban xanımın uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işlər hər bir valideynin və hər bir vətəndaşın qəlbində dərin hörmət və minnətdarlıq hissi oyadır. Onun təşəbbüsləri nəticəsində yüzlərlə uşaq məktəbə qovuşub, sağlamlıq problemləri həll olunub, minlərlə ailə sosial dəstək alıb.
Güvən Dayə Xidməti ailəsi olaraq, Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun və uğurlu ömür, həyata keçirdiyi xeyirxah işlərdə davamlı uğurlar arzu edirik. Onun humanizm və mərhəmət dolu fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.
