Sağlamlıq Hamı Üçün – Sağlam Cəmiyyətə Doğru Atılan Uğurlu Addım

Sağlamlıq Hamı Üçün – Sağlam Cəmiyyətə Doğru Atılan Uğurlu Addım

“Sağlamlıq Hamı Üçün” adlı maarifləndirici tədbir böyük uğurla baş tutdu! Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas prinsiplərini mənimsəmək, ilkin tibbi yardım və psixoloji rifah barədə faydalı biliklər qazanmaq imkanı yaratdı.

Proqram interaktiv formatda təşkil olunaraq həm nəzəri, həm də praktiki məlumatlarla zəngin idi. Mütəxəssislər tərəfindən təqdim olunan tövsiyələr gündəlik həyatımıza asanlıqla tətbiq oluna biləcək formada təqdim olundu. İştirakçılar yalnız dinləyici deyil, eyni zamanda fəal iştirakçı olaraq suallar verə, mövzularda müzakirələr apararaq mövzunu daha dərindən mənimsəyə bildilər.


Bu cür təşəbbüslər hər kəs üçün əlçatan olaraq, cəmiyyətin sağlam düşüncə və həyat tərzi ilə inkişafına töhfə verir. “Sağlamlıq Hamı Üçün” tədbiri bir daha sübut etdi ki, maarifləndirmə və düzgün istiqamət vermə sağlam gələcəyin əsasını təşkil edir.


Fikir Bildir

yenilə, əgər kod görünmürsə