21 İyun – Beynəlxalq Yoga Günü: "Özünü Bizimlə Kəşf Et" Tədbiri ilə Sağlamlığa Addım

21 İyun – Beynəlxalq Yoga Günü: "Özünü Bizimlə Kəşf Et" Tədbiri ilə Sağlamlığa Addım

21 iyun Beynəlxalq Yoga Günü münasibətilə Sumqayıtda, Mehdi Hüseynzadə stadionunda keçirilən xüsusi tədbirdə bir araya gələrək unudulmaz bir gün yaşadıq. “Özünü bizimlə kəşf et” şüarı ilə baş tutan yoga seansı iştirakçılara yalnız bədənlərini deyil, eyni zamanda ruhlarını da dinləməyə, daxili sükunətə və harmoniya tapmağa imkan verdi.

Tədbir zamanı iştirakçılar açıq havada, təbiətin qoynunda birləşərək bədən, zehin və ruh arasında balans yaratmaq üçün müxtəlif yoga hərəkətləri yerinə yetirdilər. Seans boyunca hər kəsin məqsədi eyni idi – özünü kəşf etmək, sağlamlığını gücləndirmək və daxili ahəngə doğru addımlamaq.


Bu günün gerçəkləşməsində əməyi olan bütün dəyərli tərəfdaşlara və bizə mənəvi güc verən hər kəsə dərin təşəkkür edirik. Belə tədbirlər bir daha sübut edir ki, həm bədənimizin, həm də ruhumuzun ehtiyacı olan dincliyi birlikdə yaratmaq mümkündür.


Fikir Bildir

yenilə, əgər kod görünmürsə