Qazilərimizin Ailələri ilə Unudulmaz Görüş

Qazilərimizin Ailələri ilə Unudulmaz Görüş

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi, Güvən Dayə Xidməti, Karyera və İnkişaf Akademiyası, LIBRAFF kitab mağazaları şəbəkəsi və Seni Azərbaycanın birgə təşkilatçılığı ilə həyata keçirilən maarifləndirici təlim proqramı uğurla yekunlaşdı.

Bu layihə 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə uşaqların rifahı, sağlamlığı və təhlükəsizliyi mövzusunda cəmiyyətə töhfə vermək məqsədi daşıyırdı. Təlim proqramı vasitəsilə valideynlərə və ictimaiyyətə uşaq inkişafı, gigiyena, psixoloji rifah və təhlükəsizlik mövzularında dəyərli bilgilər təqdim olundu.


Layihənin ən dəyərli hissələrindən biri isə qazilərimizin ailələri ilə keçirilən xüsusi görüş oldu. Bu görüş, təkcə maarifləndirici deyil, eyni zamanda mənəvi cəhətdən güclü bir təcrübəyə çevrildi.


Qazilərimizin fədakarlığı, səssiz qəhrəmanlıqları və ailələrinin möhkəm duruşu hər birimiz üçün bir nümunədir. Onların hekayələri, yaşadıqları çətinliklərə rəğmən nümayiş etdirdikləri əzm və ümid hissi tədbir iştirakçılarını dərin duyğulara qərq etdi.


Bu görüş bir daha sübut etdi ki, rifahlı və sağlam gələcəyin təməli – qəhrəman ailələrimizə göstərilən diqqət və dəstəkdən başlayır. Onlara sadəcə təşəkkür bildirmək kifayət deyil; onları dinləmək, yanlarında olmaq və qayğı ilə əhatələmək hər birimizin mənəvi borcudur.


Bu cür təşəbbüslər, təkcə bir tədbir olmaqla kifayətlənmir – cəmiyyətin həmrəylik ruhunu möhkəmləndirir, gələcək nəsillərə dəstək və örnək olmağın vacibliyini önə çəkir.


Qəhrəman ailələrimizin yanında olduğumuzu bir daha göstərmək üçün bu cür layihələrin davamlı olması ən böyük arzularımızdandır.



Fikir Bildir

yenilə, əgər kod görünmürsə