
26 may 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində ənənəvi olaraq təşkil olunan Karyera Forumu baş tutdu. Forumun əsas məqsədi tələbələrin əmək bazarı ilə birbaşa tanışlığına imkan yaratmaq, onların gələcək karyera planlamasında dəstək olmaq və işəgötürənlərlə tələbələr arasında körpü qurmaq idi.
Bu mühüm tədbirdə ölkənin müxtəlif sahələrini təmsil edən dövlət və özəl müəssisələr iştirak edirdi. Güvən Dayə Xidməti olaraq biz də forumda iştirak edərək, xidmət sahəmiz haqqında məlumat verdik, tələbələrin suallarını cavablandırdıq və bu peşə sahəsində gələcək karyera qurmaq istəyən gənclərlə faydalı söhbətlər etdik.
Tədbir boyunca standımıza yaxınlaşan tələbələrə dayə xidmətləri, uşaq baxımı sahəsində peşəkar inkişaf yolları və bu sahəyə olan tələbat barədə ətraflı məlumat təqdim olundu. Eyni zamanda, komandamız tələbələrə təcrübə proqramlarımız və gələcək əməkdaşlıq imkanları barədə də məlumat verdi.
Bu cür forumlar gənclərin real iş dünyası ilə tanış olması, öz sahələrini doğru seçməsi və karyera məqsədlərini formalaşdırması baxımından olduqca önəmlidir. Biz Güvən Dayə Xidməti olaraq, gələcəkdə də bu cür tədbirlərdə iştirak etməyi və gənclərin inkişafına dəstək olmağı qarşımıza məqsəd qoyuruq.