3 Yaş Böhranı Nədir və Bu Dövrdə Necə Davranmalı?

3 Yaş Böhranı Nədir və Bu Dövrdə Necə Davranmalı?

Uşağınız bir gün mələk kimidir, ertəsi gün hər şeyə “yox” deyir, əşyaları yerə çırpır, ağlayır və sizi çaşdırır? Narahat olmayın, bu çox zaman “3 yaş böhranı” adlanan dövrün təbii bir hissəsidir.

3 yaş dövrü uşaqların özlərini kəşf etdiyi, müstəqillik istəklərinin artdığı və emosional dünyalarının genişləndiyi bir mərhələdir. Bu mərhələdə uşaq artıq “mən” deməyə başlayır, amma hələ bu yeni hisslərini necə idarə edəcəyini bilmir.

Bu dövrə bəzən "ilk ergenlik" də deyilir. Çünki davranışları bir çox baxımdan ergenlik dövrünü xatırladır: inat, aqressiya, suallarla dolu bir zihin və sərhədləri zorlayan davranışlar...


Bu Böhranda Hansı Davranışlar Normaldır?
Davamlı “yox” demək
Ağlamaq və qışqırmaqla istəklərini ifadə etmək
Qəzəb krizləri (tantrumlar)
Sərhədləri yoxlamaq və qaydalara qarşı çıxmaq
Müstəqil olmağa çalışmaq (“özüm edəcəm!” demək)
Paylaşmaqda çətinlik çəkmək
Qərarsız və dəyişkən davranışlar
Bu davranışlar çətin görünə bilər, amma əslində uşağın şəxsiyyətinin formalaşması və özünü ifadə etməyi öyrənməsi deməkdir.


Valideyn Bu Dövrdə Necə Davranmalıdır?
Bu dövrü daha sakit və sağlam keçirmək üçün bəzi önəmli tövsiyələr:

1. Səbirli olun, qışqırmayın
Uşaq hələ duyğularını idarə etməyi öyrənir. Sizin sakitliyiniz ona güvən verir.

2. Sərhədləri aydın və ardıcıl qoyun
Uşaq sərhədlərə qarşı çıxa bilər, amma sərhədsiz qalmaq onu daha çox narahat edər. Qaydalar sabit və açıq olmalıdır.

3. Seçim imkanı verin
“Geyinmək istəmirsən? Paltarını sən seçmək istəyirsən, mavi köynək, yoxsa yaşıl?” – bu tip seçimlər uşağa özünü dəyərli hiss etdirir.

4. Duyğularını adlandırın
“Sənin çox əsəbləşdiyini hiss edirəm. Oynamaq istəyirdin, amma vaxt bitdi.” – uşaq duyğularını anlamağı sizdən öyrənir.

5. Sabit gündəlik qurun
Uşaq nə vaxt nə olacağını bildikdə özünü daha güvəndə hiss edir. Yemək, yuxu və oyun saatlarının stabil olması vacibdir.

6. Müsbət davranışları mükafatlandırın
“Təşəkkür edirəm, oyuncaqlarını yerinə qoydun, bu çox gözəl idi!” – bu tip geribildirimlər müsbət davranışların artmasına səbəb olur.


3 Yaş Böhranı Nə Qədər Davam Edir?
Bu dövr adətən 2.5 yaşdan başlayıb 4 yaşa qədər davam edə bilər. Ancaq unutmayın: hər uşaq fərqlidir. Bəziləri bu dövrü sakit, digərləri daha çətin keçə bilər.


Unutmayın:
3 yaş böhranı, əslində bir inkişaf mərhələsidir, “problem” deyil. Bu mərhələdə səbirli və anlayışlı olmaq, uşaqla sağlam bağ qurmaq və onu şəxsiyyət olaraq qəbul etmək çox vacibdir.

Siz onun üçün bir bələdçisiniz – qaydaları göstərən, duyğuları tənzimləməsində kömək edən və hər zaman yanında olan...

Fikir Bildir

yenilə, əgər kod görünmürsə