
14 may tarixində “Konstitusiya və Suverenlik ili" çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Reha Təlim və Təhsil Mərkəzi və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Gələcək Gənclərlə Gələcək – 2” adlı tələbə yönümlü layihə uğurla həyata keçirildi.
Layihənin ideyası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşmasına, ictimai fəallığının artmasına və intellektual potensialının üzə çıxarılmasına xidmət edib.
Layihənin əsas məqsədi isə gənclərdə Azərbaycançılıq ideologiyasına sadiqlik, dövlətçilik təfəkkürü və milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirməklə yanaşı, onların şəxsi və ictimai bacarıqlarını inkişaf etdirmək olub. Gənclərin auditoriya qarşısında çıxış etməsi, öz fikirlərini azad və məntiqi şəkildə ifadə etməsi, bacarıqlarını nümayiş etdirməsi və həmyaşıdlarına örnək olması üçün şərait yaradılıb. Layihə çərçivəsində təşkil edilən çıxışlar vasitəsilə motivasiya və inkişaf mühiti təmin olunub.
“Güvən Dayə Xidməti” olaraq biz de bu tedbirde iştirak etdik.
Belə təşəbbüslər bir daha sübut edir ki, gənclərin düzgün istiqamətləndirilməsi və onların cəmiyyətə inteqrasiyası dövlət və cəmiyyətin birgə və davamlı işidir.