Heydər Əliyevin Müəllimə Baxışı: Fikir və Dəyər Tədbiri

Heydər Əliyevin Müəllimə Baxışı: Fikir və Dəyər Tədbiri

Azərbaycan təhsilinə töhfə vermək məqsədilə Sumqayıt Müəllimlər Birliyinin təşəbbüsü və birliyin rəhbəri Rəna Nəcəflinin təşkilatçılığı ilə “Fikirlər İşığında, Ulu Öndər Müəllim Baxışında” adlı möhtəşəm tədbir keçirildi. Tədbir həm ideya baxımından, həm də təhsil ictimaiyyətinə verdiyi dəyər baxımından mühüm əhəmiyyət daşıyırdı.


Bu dəyərli görüşdə Ümummilli Lider Heydər Əliyevin müəllim peşəsinə olan dərin hörməti və onun təhsil sahəsindəki baxışları bir daha vurğulandı. Ulu Öndərin müəllimlərə verdiyi yüksək qiymət və onun irsinin bu gün də necə yaşadıldığı tədbirin əsas ideyasını təşkil edirdi.


Tədbirdə Milli Məclisin deputatları Mehriban Vəliyeva və Ceyhun Məmmədovla yanaşı, təhsil sahəsinin tanınmış simaları da iştirak etdilər. Çıxışlar zamanı Ulu Öndərin təhsil siyasətinin bu gün də davam etdirildiyi və müəllimlərin cəmiyyətdəki rolunun daim ön planda saxlanıldığı bildirildi.


Tədbirdə “Güvən Dayə Xidməti”nin təsisçisi və direktoru Sara Şavaqatova da iştirak edib. Onun iştirakı dayəlik sahəsində pedaqoji baxış bucağının formalaşmasında, erkən uşaqlıq təhsilinə verilən əhəmiyyətin artırılmasında mühüm mesaj daşıyırdı. Sara xanımın fəaliyyəti təkcə dayələr üçün deyil, valideynlər və maarifləndirici təhsil mühiti üçün də yeni yanaşmalar ortaya qoyur.


Tədbir, pedaqoji ictimaiyyətin fikir mübadiləsi aparması, dəyərli təcrübələrin paylaşılması və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli oldu. Belə görüşlər müəllimlərin ruh yüksəkliyini artırır, onların cəmiyyətə olan töhfəsini dəyərləndirir.



Fikir Bildir

yenilə, əgər kod görünmürsə