
“Güvən Dayə” Xidməti olaraq, biz də bu önəmli tədbirdə iştirak edərək, sosial məsuliyyət öhdəliyimizi nümayiş etdirdik. Festival boyunca komandamız, ailələrlə ünsiyyət quraraq autizmli uşaqların inkişafı üçün dəstəyimizi təqdim etdi.
Təşkilatçılara, xüsusilə millət vəkillərimiz Jalə xanım, Vüqar bəy və Elnur bəy başda olmaqla bütün komandalara təşəkkürümüzü bildiririk. Bu cür tədbirlər cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır və biz hər zaman belə təşəbbüslərə dəstək olmağa hazırıq.
Autizm fərqlilik deyil, fərqliliyin dəyəridir!