
23 Noyabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq Psixologiya və Loqopediya Festivalı təşkil olunmuşdur.
Bu tarixi hadisə sahə mütəxəssislərinin, ictimai xadimlərin və millət vəkillərinin iştirakı ilə baş tutmuşdur.
Festivalın baş sponsoru "Pasha Holding" Təşkilatı olmuşdur.
Bundan əlavə, tədbirin təşkilində "Azərbaycan Autizm Assosiasiyası" və "Azərbaycan Dəmir Yolları" QSC-nin dəstəyi də qeyd olunmuşdur.
Festivalın informasiya dəstəyini isə İdman TV, Asan Radio və Admedia təmin etmişlər.
Bu ilk təşəbbüs sahə üçün böyük önəm daşıyır. Psixologiya və loqopediya sahələrinin təbliği, onların əhəmiyyətinin vurğulanması və bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin tanıdılması baxımından festivalın təşkili çox dəyərli olmuşdur.
İştirakçılar və təşkilatçılar arasında yaradılan ünsiyyət və əməkdaşlıq platforması gələcəkdə bu sahələrin daha da inkişafına töhfə verəcəkdir