
24 dekabr 2024-cü il tarixində Intellect Academy və Güvən Dayə Xidmətinin təşəbbüsü ilə “Uşaq və Yeniyetmələrdə Cinsi Tərbiyə” mövzusunda onlayn təlim keçiriləcək. Təlimin əsas məqsədi valideynlərin uşaq və yeniyetmələrə sağlam cinsi tərbiyə verilməsi mövzusunda bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə Intellect Academy təsisçisi, psixoloq Fərqanə Mehmanqızı valideynlərlə aşağıdakı mövzular üzrə bilik və tövsiyələrini bölüşəcək:
•Uşaqlarda sağlam tərbiyə prinsipləri və düzgün yanaşma üsulları
•Cinsi tərbiyənin yaşa uyğun mərhələləri
•Valideynlər üçün praktiki tövsiyələr və cavablandırılacaq suallar
✨ Təlim ödənişsizdir! Sertifikat və materiallar isə ödənişlidir.
Əlaqə və qeydiyyat üçün məlumatlar:
📞 +994 051 353 97 91
📞 +994 070 353 13 00
Bu cür maarifləndirici təlimlər valideynlərə uşaqlarının sağlam inkişafını dəstəkləmək üçün əvəzsiz biliklər təqdim edir. Intellect Academy və Güvən Dayə Xidməti olaraq, bu mövzuda yeni tədbirlər təşkil etməyə davam edəcəyik! 🌟