Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” Tədbiri Uğurla Keçirildi

Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” Tədbiri Uğurla Keçirildi

15 dekabr 2024-cü il tarixində Güvən Dayə Xidməti və təşkilati dəstəkçilər – LIBRAFF kitab mağazaları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Asfarma, Seni, Malyuk, Vertera, TELAN Tədris Nitq İnkişaf Mərkəzi, Mehin Camal və Afaq Xalanın Nağılları ilə birlikdə “Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” adlı mənalı tədbir keçirildi. Tədbir LIBRAFF Park Akademiyanın ev sahibliyi ilə baş tutdu.

Tədbirdə Vətənim Azərbaycandır.az saytının rəhbəri Kamran Orucov və Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və birliyin üzvləri də iştirak edərək belə təşəbbüslərin vacibliyini vurğuladılar.

Tədbir Proqramı:

•Şəhid övladları üçün maraqlı masterklasslar təşkil edildi.

•Analar üçün psixoloq, pedaqoq və həkimlərin iştirakı ilə seminarlar keçirildi.

Bu cür tədbirlər cəmiyyətimizdə birlik, həmrəylik və şəhid ailələrinə dərin ehtiramın bariz nümunəsidir. Tədbirin sonunda şəhid ailələrinə və övladlarına xüsusi hədiyyələr təqdim olundu.

Təşkilati dəstəkçilər:

✅ Güvən Dayə Xidməti – @guvendaye.az

✅ LIBRAFF – @libraff.az

✅ Asfarma Azərbaycan – @asfarma.azerbaycan

✅ Seni Azərbaycan – @seni_azerbaycan

✅ Bella Azərbaycan – @bella_azerbaijan

✅ Azərbaycan Qızıl Aypara Cəmiyyəti – @azredcrescent

✅ TELAN Tədris Mərkəzi – @Telan.tehsil.merkezi

✅ Vertera Azərbaycan – @vertera_azerbaijan

✅ Afaq Murad Ağayeva – @afaq_xalanin_nagillari

✅ Mehin Camal – @beauty_home_mehin

Güvən Dayə Xidməti olaraq, şəhid ailələrinə mənəvi dəstək olmaq və övladlarının sosial inkişafına töhfə verməkdən böyük qürur duyuruq. Bu cür tədbirlər gələcəkdə də davam edəcək! 🌟

Fikir Bildir

yenilə, əgər kod görünmürsə