
Son dövrlərdə dayələrin uşaqların həyatında oynadığı rol geniş müzakirə mövzusuna çevrilib. Mədəniyyət TV-də yayımlanan ‘Dayə: Uşaqların Yaxın Dostu, Yoxsa İkinci Anası?’ proqramında bu mövzu ətrafında maraqlı müzakirə aparıldı.
Verilişdə Güvən Dayə şirkətinin rəhbəri Sara Şavaqatova dayələrin yalnız qayğı göstərən şəxslər deyil, həm də uşaqların həyatında mühüm rol oynayan yaxın dostlar olduğunu vurğuladı. O qeyd etdi ki, hər bir dayə uşağın emosional və psixoloji ehtiyaclarını başa düşərək, onun inkişafına dəstək olmalıdır.
Müzakirə zamanı dayələrin təcrübə, bilik və şəxsiyyət keyfiyyətlərinin uşaqların inkişafına necə təsir etdiyinə dair maraqlı nümunələr təqdim olundu. Sara Şavaqatova bildirdi ki, doğru dayə seçimi ilə uşaqlara yalnız qayğı deyil, eyni zamanda sağlam gələcək təmin edilə bilər.
Güvən Dayə şirkəti olaraq, biz hər zaman təcrübəli və etibarlı dayələrlə ailələrin yanında olmağa hazırıq. Uşaqlarınıza həm dost, həm də güvənli bir dəstək lazımdırsa, bizimlə əlaqə saxlayın!