
“Sağlamlıq Hami Üçün!” adlı tədbirimiz uğurla baş tutdu!
23 noyabr 2024-cü il tarixində keçirilən “Sağlamlıq Hami Üçün!” adlı tədbirimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Keçirilən bu tədbir, sağlam həyat tərzi və ailədə sağlamlıq mədəniyyətini təşviq etmək məqsədini daşıyırdı.
Tədbirdə tanınmış mütəxəssislər öz dəyərli məruzələri ilə çıxış etdilər:
•Sara Şavaqatova – Güvən Dayə Xidmətinin təsisçi və icraçı direktoru: “Ailədə ahıllara olan dəyərlər”
•Mətanət Qaraxanova – Pediatriya üzrə mütəxəssis: “Sağlamlıq hami üçün!”
•Fəridə Fərziyeva – Seni şirkətinin marketoloqu: “Sağlam yaşlanma və 60 yaşdan yuxarı qadınlarda uroloji problemlər”
•Fərqanə Mehmanqızı – Psixoloq və ailə terapevti: “Sağlam ruh”
•Tamila Qurbanova –Homm life firmasının Diamondu- “Qadınlar hər yaşda gözəldir”
Hər bir məruzəçinin paylaşdığı məlumatlar iştirakçılara sağlamlıq və ailə dəyərləri mövzusunda dərin düşüncələr verdi. Tədbirin sonunda iştirakçılarla interaktiv sessiyalar keçirildi, suallar cavablandırıldı və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verildi.
Bu tədbirin təşkil olunmasında dəstək verən bütün tərəfdaşlara və iştirakçılara dərin təşəkkürümüzü bildiririk!
Gələcək tədbirlərimizdə görüşmək ümidi ilə!