
Philips Avent Azərbaycan uşaqların rifahını və təhlükəsizliyini ön planda tutan əhəmiyyətli bir təşəbbüsə imza atdı. Şirkət “Uşaqların Hüquqlarının Qorunması” mövzusunda maarifləndirici tədbir təşkil edərək həm valideynləri, həm də bu sahədə çalışan mütəxəssisləri bir araya topladı. Tədbirin əsas məqsədi cəmiyyətdə uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq, maarifləndirməni gücləndirmək və gələcək layihələr üçün fikir mübadiləsi aparmaq idi.
Tədbirdə Güvən Dayə Xidmətinin təsisçisi Sara xanım da iştirak edərək, uzun illik təcrübəsinə əsaslanan dəyərli fikirlərini bölüşdü. O, uşaqların təhlükəsiz böyüməsi, düzgün qayğılandırılması və onların hüquqlarının gündəlik həyatda necə qorunmalı olduğu barədə vacib məqamları vurğuladı. Sara xanım həmçinin dayə xidmətləri sahəsində qarşılaşılan çətinliklərdən, mövcud boşluqlardan və bu sahədə həyata keçirilməsi mümkün olan yenilikçi yanaşmalardan danışdı.
Tədbir çərçivəsində iştirakçılar arasında geniş müzakirələr aparıldı. Uşaqların hüquqlarının müdafiəsi, maarifləndirici layihələrin artırılması, valideynlərin məlumatlandırılması və icma dəstəyinin gücləndirilməsi kimi mövzular xüsusi diqqət çəkdi. Həmçinin gələcəkdə həyata keçirilməsi planlaşdırılan sosial təşəbbüslər və əməkdaşlıq imkanları da dəyərləndirildi.
Bu cür tədbirlər cəmiyyətin diqqətini uşaqların hüquqlarına yönəltməkdə mühüm rol oynayır. Philips Avent Azərbaycanın təşəbbüsü, həm valideynlər, həm də uşaqla işləyən mütəxəssislər üçün faydalı bir platforma yaratdı və bu mövzunun ictimai müzakirəsini daha da gücləndirdi.
Şirkətin bu istiqamətdə atdığı addımlar, gələcək nəsillərin daha sağlam, təhlükəsiz və hüquqları qorunan bir mühitdə böyüməsinə töhfə verməklə yanaşı, sosial məsuliyyət sahəsində də nümunəvi bir fəaliyyət kimi dəyərləndirilir.






