
20 oktyabr tarixində komandamız, Güvən Daye Xidməti, yeni üzvümüz Nazilə xanımın rəhbərlik etdiyi Health Voyage Travel şirkətinə müəssisə ziyarəti etmişdir. Bu ziyarət həm tanışlıq, həm də qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından çox faydalı keçdi.
Health Voyage Travel – adından da göründüyü kimi, sağlamlıq və turizmi bir araya gətirən, peşəkar və dinamik bir komandaya sahib olan şirkətdir. Onların əsas fəaliyyəti sağlamlıq turizmi sahəsində yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir. Müxtəlif ölkələrdən Azərbaycana və ya Azərbaycandan xaricə müalicə məqsədilə səyahət edən şəxslərə həm tibbi, həm də logistika dəstəyi göstərirlər.
Ziyarət zamanı şirkətin fəaliyyəti, xidmət sahələri, əməkdaşlıq modelləri və gələcək planları haqqında geniş məlumat aldıq. Komanda üzvləri ilə fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran mövzular müzakirə olundu.
Bu cür müəssisə ziyarətləri bizim üçün təkcə tanışlıq məqsədi daşımır, həm də peşəkar əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin təşkili üçün mühüm platformadır.
Nazilə xanıma və Health Voyage Travel komandasına səmimi qəbula və təqdim etdikləri faydalı məlumata görə dərin təşəkkürümüzü bildiririk. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik və inandığımız bir həqiqəti bir daha vurğulamaq istəyirik: birlikdə daha güclüyük!

