Süd Vəzi Xərçəngi ilə Mübarizədə Qadınlara Dəstək – Biz Sizinləyik

Süd Vəzi Xərçəngi ilə Mübarizədə Qadınlara Dəstək – Biz Sizinləyik

Hər il oktyabr ayı dünyada "Süd Vəzi Xərçəngi Fərqindəlik Ayı" kimi qeyd olunur. Bu ay, qadın sağlamlığına yönəlmiş ən vacib çağırışlardan birini gündəmə gətirir: erkən diaqnostika həyat xilas edir.


Bu məqsədlə Orzax Azərbaycan ofisində təşkil olunan maarifləndirici görüş cəmiyyətə mühüm mesaj verdi: sağlamlıq hər bir qadının təməl haqqıdır və bu haqqı qorumaq üçün birlikdə hərəkət etməliyik.
Tədbirdə iştirak edən onkoloq mütəxəssislər süd vəzi xərçənginin müalicəsindəki müasir yanaşmalardan, erkən diaqnostikanın vacibliyindən və profilaktik tədbirlərdən danışdılar. Xəstəliyi geridə qoymuş güclü qadınların şəxsi hekayələri isə tədbirin ən təsirli anları oldu. Onların paylaşdığı təcrübələr bir daha göstərdi ki, ümid və dəstək varsa, qorxuya yer yoxdur.Tədbirdə qadınların sağlamlığı, erkən diaqnostika və müasir müalicə üsulları haqqında məlumat verildi. Güvən Dayə Xidməti olaraq bizə dəvət etdikləri üçün Orzax Azərbaycan nümayəndələrinə təşəkkür edirik.

Biz, Güvən Dayə Xidməti olaraq, yalnız bir xidmət təqdim etmirik – biz qadınların həyatında təhlükəsizlik, rahatlıq və özgüvən hissi yaratmaq üçün buradayıq. Dayə xidmətimiz təkcə uşaqlara deyil, eyni zamanda anaların da rifahına töhfə verir. Çünki ana yalnız özünü güvəndə hiss etdikdə, övladına da sevgi və diqqət verə bilər.


Süd vəzi xərçəngi ilə mübarizə aparan və ya aparmış hər bir qadına buradan səslənirik: siz tək deyilsiniz. Biz buradayıq – dəstək olmaq, gücünüzə güc qatmaq və sağlam gələcəyə doğru birlikdə addımlamaq üçün.


Unutmayın: Özünüzü yoxlamaq, həyatınızı qorumaq deməkdir
Hər ay sadəcə bir neçə dəqiqə ayıraraq özünüzü yoxlayın. Şübhə və ya narahatlıq hiss etdikdə dərhal həkimə müraciət edin. Sağlamlıq laqeyd qala biləcəyimiz bir məsələ deyil.

Gələcəyin sağlam və güvənli olması üçün, bu gün fərqində olaq.




Fikir Bildir

yenilə, əgər kod görünmürsə