
Analar üçün sağlam və məlumatlı bir gələcək qurmaq məqsədilə Biz Güvən Dayə Xidməti olaraq, Sağlam Gələcək Analar Məktəbi ilə birgə dəyərli və mənalı bir tədbirə imza atdıq.
Bu tədbirin əsas məqsədi — hamiləlik dövrü, doğuşa hazırlıq və körpə baxımı mövzularında analara düzgün və elmi əsaslara söykənən məlumatlar təqdim etmək idi. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən seminar və təqdimatlarda, analarımız hamiləlik dövründə qarşılaşa biləcəkləri vəziyyətlər, doğuş prosesinə necə hazırlaşmalı olduqları və yenidoğulmuş körpələrin baxımı ilə bağlı bir çox suallarına cavab tapdılar.
Tədbir boyunca analarımızın göstərdiyi fəallıq və maraq, bu cür təşəbbüslərin nə qədər zəruri və dəyərli olduğunu bir daha sübut etdi. Onların sualları, təcrübələrini bölüşmələri və öyrənməyə olan həvəsi bizə göstərdi ki, sağlam gələcək, məlumatlı analarla başlayır. 💪❤️
Biz Güvən Dayə Xidməti olaraq, analarımıza həm emosional, həm də praktiki dəstək verməyə davam edəcəyik. Qarşıda bu kimi faydalı tədbirlərin sayını artırmaq və daha geniş auditoriyaya çatmaq məqsədi ilə fəaliyyətlərimizi davam etdiririk.
Sizə və körpənizə sağlam və təhlükəsiz gələcək arzulayırıq!

