
📚 LIBRAFF kitab mağazaları şəbəkəsi və təşkilatı dəstək göstərən Güvən Dayə Xidməti, Güvən Karyera və İnkişaf Akademiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Seni Azərbaycanın əməkdaşlığlı ilə “Hərəkət Beynin Qidasıdır – Erqoterapiyanın Beynin İnkişafındakı Rolu” mövzusunda maarifləndirici təlim uğurla həyata keçirildi.
Təlimin əsas məqsədi — hərəkətin beyin sağlamlığına təsirini izah etmək, həm uşaqlarda, həm də yaşlılarda aktiv həyat tərzinin əhəmiyyətini önə çəkmək idi. Tədbir iştirakçılarına beynin funksional gücünü qorumaq üçün hərəkətin gündəlik həyatdakı rolu geniş şəkildə çatdırıldı.
Nələr müzakirə olundu?
Təlimdə aşağıdakı əsas mövzulara toxunuldu:
Hərəkətin yaddaş, diqqət və düşünmə bacarıqları üzərindəki müsbət təsirləri
Zehni geriləmələrin qarşısının alınmasında aktivliyin rolu
Uşaqlar üçün erkən yaşlarda hərəkət əsaslı inkişafın vacibliyi
Yaşlıların həyat keyfiyyətini yüksəltmək üçün praktik tövsiyələr və məşğələlər
Təlim zamanı iştirakçılara sadə, lakin təsirli gündəlik fəaliyyətlər təqdim edildi. Psixoloq və erqoterapevtlərin iştirakı ilə iştirakçılar öz gündəlik həyatlarına tətbiq edə biləcəkləri faydalı nümunələrlə tanış oldular.
Bu tədbir bir daha sübut etdi ki, hərəkət yalnız bədən üçün deyil, beyin üçün də əsas ehtiyacdır.
Təşəkkür edirik:
@sarah_shafaqqatova
@libraff.az
@azredcrescent
@seni_azerbaycan
@psy_aytac.elekberova
@guvendaye.az
@guvenacadmy2025
@azautizmass







