Qadın və Uşaqların Sağlamlığı Üzrə Maarifləndirici Təlim Proqramı

Qadın və Uşaqların Sağlamlığı Üzrə Maarifləndirici Təlim Proqramı

22 may 2025-ci il tarixində Bakı şəhərində mühüm bir sosial təşəbbüs reallaşdı. Güvən Dayə Xidmətinin təşəbbüsü və Karyera və İnkişaf Akademiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, LİBRAFF kitab mağazaları şəbəkəsi və Səni Azərbaycan platformasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Humanizm Naminə Fəaliyyət, Qadın və Uşaqların Sağlamlığının Qorunması” mövzusunda maarifləndirici təlim proqramı uğurla başa çatdı.

Bu proqram qadınların və uşaqların sağlamlığının qorunmasına, onların hüquq və ehtiyaclarının daha dərindən başa düşülməsinə yönəlmişdi. Tədbirdə iştirak edən mütəxəssislər – həkimlər, pediatrlar, tibb bacıları və psixoloqlar – tibbi, psixoloji və sosial sahələrdə mühüm bilikləri iştirakçılarla paylaşdılar.


Proqram çərçivəsində qadın və uşaqlara yönəlik ən aktual mövzular gündəmə gətirildi, müzakirələr aparıldı və praktik tövsiyələr verildi. Sessiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir çox suallar ətraflı şəkildə cavablandırıldı.


Tədbirin əsas məqsədi cəmiyyətdə humanizm dəyərlərinin təşviqi, fərdi və ictimai rifahın gücləndirilməsi, eyni zamanda qadın və uşaqlar üçün daha təhlükəsiz və sağlam gələcəyin qurulmasına töhfə vermək idi. Bu təşəbbüs həm fərdi məlumatlanmanı artırdı, həm də sosial məsuliyyət hissinin cəmiyyətə ötürülməsi baxımından vacib bir addım oldu.


Bu nəcib təşəbbüsün ərsəyə gəlməsində əməyi keçən bütün tərəfdaşlara, könüllülərə və dəyərli mütəxəssislərə təşəkkürümüzü bildiririk.
Birlikdə daha sağlam və humanist bir cəmiyyət qurmaq mümkündür!



Fikir Bildir

yenilə, əgər kod görünmürsə