
15.03.2025 tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları – Erkən Nikahlar və Gənclərin Maarifləndirilməsi” mövzusunda mühüm tədbir baş tutub. “Güvən Dayə” Xidməti də, bu vacib mövzuda maarifləndirməyə dəstək olmaq üçün tədbirdə iştirak edib.
Tədbirdə “ Güvən Dayə” xidmətinin təsisçisi Sara Xanım da iştirak edərək erkən nikahların fəsadları, valideynlərin rolu və maarifləndirmənin əhəmiyyəti barədə dəyərli fikirlərini bölüşüb.✨ Uşaqların və gənclərin hüquqlarının qorunması, onların sağlam və xoşbəxt gələcəyinin təmin olunması hamımızın məsuliyyətidir! Erkən nikahların qarşısının alınması və ailələrin bu mövzuda məlumatlandırılması üçün biz də daim öz töhfəmizi verməyə hazırıq.Bu cür maarifləndirici tədbirlərin keçirilməsi gələcək nəsillərin daha sağlam və güvənli mühitdə böyüməsi üçün çox önəmlidir. Siz də bu mövzularda məlumatlı olmaq və öz ətrafınızı bilgiləndirmək üçün bizi izləyin!