
📚 "Bir şəhər, bir liman" kitabının təqdimatı keçirildi!
Bakı Limanının təşəbbüsü ilə “3 alma” tərəfindən hazırlanan "Bir şəhər, bir liman" adlı kitabın LIBRAFF kitab mağazasında təqdimatı keçirilib.
Uşaqlar üçün hazırlanan bu nəşrdə Bakı Limanının tarixi, əhəmiyyəti və burada icra edilən işlərlə bağlı məlumatlar yer alıb. Kitab, eyni zamanda, bir-birindən maraqlı illüstrasiyalarla zənginləşdirilib.
Müəllifi Reyhan Yusifqızı, illüstratoru Ruhulla Həsənzadə olan "Bir şəhər, bir liman" kitabı oxuculara limanın təkcə nəqliyyat və logistika mərkəzi kimi deyil, həm də ekoloji və innovativ inkişaf nümunəsi kimi rolunu təqdim edir.
Böyük İpək Yolunun mühüm dəniz marşrutlarından birində yerləşən limanın keçdiyi inkişaf yolundan qısa formada bəhs edilən kitabda, Bakı Limanı təbiətinin ən mühüm komponentlərindən biri olan flaminqolardan da söz açılır. Kitabda, həmçinin, fədakar xanım limançıların əməyindən də bəhs edilir.
Təqdimat zamanı "Güvən Daye" də balaca dostlarımızın yanında olub. Uşaqların maariflənməsi və inkişafına daim dəstək olan "Güvən Daye", tədbirdə iştirak edən kiçik oxuculara xüsusi hədiyyələr təqdim edib.
Eyni zamanda, bu kitab gənclərə və uşaqlara əməksevərlik, məsuliyyət və vətənpərvərlik kimi dəyərləri aşılayır. Limançıların fədakar əməyi, onların işə olan sevgisi və ölkənin inkişafında oynadıqları rol oxucular üçün ilham mənbəyi olacaq.
Kitab, həmçinin, gəncləri bilik və bacarıqlarını artırmağa, texnologiya və yeniliklərə açıq olmağa təşviq edir